Рецензия на «Cон наяву» (Айтан Мамедова)

Yəqin ki, fərqli baxışlar və zövqlər prizmasından yanaşılarsa maraqlı senaridir.Mən Sizə yalnız uğurlar diləyə bilərəm.
Bununla yanaşı, mətndə bəzi cümlələrlə baglı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bir cümlədə (27-ci sətir) aşağıdakı texniki səhvə " вам принять " diqqət edin:
" Именно из-за этого я хочу вам принять участие в проведение ряда пластических операций, которые будет осуществлены с целью дальнейшего психологического эксперимента."
İstanbul şəhəri məzuniyyət keçirilməsi üçün " неужели" qədər təəccüb doğurmamalıdır.Məlumdur ki, xidmət yaxşı olduğu üçün çox insanlar məzuniyyətlərini orada keçirməyə qərar verir:
"Неужели вы хотите провести отпуск в Стамбуле, ведь насколько я знаю, никаких мероприятий по нашей линии в ближайшее время здесь не намечается."
Natalya mütəxəssisdir. Düşünən və məntiqi analiz etməyi bacaran bir qadın obrazıdır. Küçə qadınından fərqli mənəviyyata və mənəvi dayaqlara malik olması daha təbii olardı .O, qadındır, hissləri də var, bu aydındır . Lakin onun yuxuda belə olsa da tələm-tələsik şəkildə ( yuxuda 6 ay necə olur?) pasienti ilə yatmaq həvəsi ilə İstanbula gəlməyi çox yüngül görünür , bu ona yaraşmır. Real həyatda Sinani elə ilk gündə evə dəvət etmək üçün ünvanını yazıb ona verməyi Natalyanı bir qadın obrazı kimi, ziyalı kimi yerlə sürüyür , onu alçaldır. Natalyanın bu qədər şəxsiyyətsiz qadın olmaması üçün bir sıra düzəlişlərə ehtiyac duyulur. Əgər şəxsiyyətsiz qadın obrazı yaradırsınızsa bu başqa məsələ. Bilə-biə əlini zibilin içərisinə salan adam bundan sonra əlinin çirkli olmasına gərək təəccüb etməsin axı.Amma, Nataliya əclaf Toğrulu əvvəldən "tanıyıb" və Sinanın isə onun bənzəri olduğu ehtimalını eksperimentdən keçirərək onlara niyyətlərinə görə yataq otağında mənəviyyatdan , insanlıqdan dərsi keçməyi obrazın sujet xəttində dolaşıqlıq yaradır.
Nəhayət, mənim yekun rəyim. Şüuraltı yaddaşın və hisslərin ,yuxunun real gerçəkliklə əlaqəsi baxımından mövcüd filmlər sirasında belə bir senari üzrə də çəkiləcək yeni filmin öz yerini tapması təəccublü və qəribə görünməz. Uğurlar !
Успехов Вам еще раз!


Адиль Вахидов Таджеддин Оглы   16.02.2016 11:35     Заявить о нарушении

Перейти на страницу произведения
Перейти к списку рецензий на это произведение
Перейти к списку рецензий, полученных автором Айтан Мамедова
Перейти к списку рецензий, написанных автором Адиль Вахидов Таджеддин Оглы
Перейти к списку рецензий по разделу за 16.02.2016